Vaşinqton Seul ilə ticarət anlaşmasını ləğv etməyə çalışır
https://azeri.sahartv.ir/news/dünya-i281318-vaşinqton_seul_ilə_ticarət_anlaşmasını_ləğv_etməyə_çalışır
Koreya Yarımadasında gərginliyin artması ilə ABŞ prezidenti öz müşavirlərindən Cənubi Koreya ilə ticarət anlaşmasından çıxmaq üçün hazırlıq işləri görmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 08:32 Asia/Baku
  • Vaşinqton Seul ilə ticarət anlaşmasını ləğv etməyə çalışır

Koreya Yarımadasında gərginliyin artması ilə ABŞ prezidenti öz müşavirlərindən Cənubi Koreya ilə ticarət anlaşmasından çıxmaq üçün hazırlıq işləri görmələrini istəyib.

Vaşinqton Post qəzetinin yazdığına görə, Donald Tramp öz müşavirlərindən istəyib ki, gələn həftə Cənubi Koreya ilə ticarət anlaşmasından çıxmağa hazır olsunlar.

Bu xəbər Koreya Yarımadasında gərginliyin artması ilə ABŞ və Cənubi Koreya arasında Şimali Koreyadan gələcək ehtimal olunan təhdidlər ilə mübarizədə ahəngdarlığın artırılması ilə bir vaxta təsadüf edir.

ABŞ-ın bu hərəkəti Vaşinqton ilə Amerikanın yaxın müttəfiqi olan Cənubi Koreya arasında ciddi narazılığın formalaşmasına səbəb ola bilər.

Vaşinqtonun Cənubi Koreya ilə ticarət anlaşmasından çıxmaq qərarına gəlməsi Trampın iqtisadi siyasətləri çərçivəsindədir. Bu addım Cənubi Koreyanın ABŞ məhsullarının idxalına əlavə rüsum təyin etməsinə səbəb ola bilər.