Çin prezidenti BRİKS-in digər ölkələrə yaxınlaşmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i281415-Çin_prezidenti_brİks_in_digər_ölkələrə_yaxınlaşmasını_istədi
Çin Xalq Respublikasının başçısı BRİKS ölkələrinin Şiamində keçirilən sammitinidə bu birliyə üzv ölkələrin digər ölkələrə yaxınlaşmalarını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2017 11:56 Asia/Baku
  • Çin prezidenti BRİKS-in digər ölkələrə yaxınlaşmasını istədi
    Çin prezidenti BRİKS-in digər ölkələrə yaxınlaşmasını istədi

Çin Xalq Respublikasının başçısı BRİKS ölkələrinin Şiamində keçirilən sammitinidə bu birliyə üzv ölkələrin digər ölkələrə yaxınlaşmalarını istəyib.

Şi Cin Pinq çərşənbə axşamı deyib: Yeni iqtisadi qüdrətə çevrilməkdə olan 5 ölkədən təşkil edilmiş BRİKS qrupu davamlı inkişafa nail olmaq üçün digər ölkələrə ehtiyaclıdır.

Çin prezidenti əlavə edib: Bu iclasda Şiamin bəyannaməsi təsdiq edildi və biz şəffaflığa, hərtərəfli iştiraka və uduş-uduş əməkdaşlıqlrına təkid edirik. Biz terrorizm ilə mübarizə, kiber təhlükəsizlik, sülhü mühafizə və Yaxın Şərq məsələləri üzrə əməkdaşlıqlarda davamlı olaraq irəliləyişə malik olmuşuq. Bütün bu səylər BRİKS-in etibar qazanmasına səbəb olub."

Şi Cin Pinq həmçinin deyib: Biz cənub-cənub əməkdaşlıqlarını gücləndirməliyik. BRİKS çərçivəsində əməkdaşlıqların möhkəmləndirilməsi üçün yeni bir baxış formalaşdırmalı və digər ölkələrə yaxınlaşmalıyıq. Çeşidli şəriklərin iştirak etdiyi açıq bir şəbəkə yaratmalıyıq.