Sen 07, 2017 19:01 Asia/Baku
  • Çin TAD raket sisteminə etiraz edib
    Çin TAD raket sisteminə etiraz edib

Çin Cənubi Koreyada Amerikanın TAD raket sisteminin 4 bölməsinin quraşdırılmasına etirazını bildirib.

İRNA-nın verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyi bu sistemin Çinin sərhədlərinə qarşı təhdid olduğunu bildirib və buna səbəb kimi həmin sistemin Koreya yarımadasından daha uzaqları hədəfə almaq qabiliyyətinə malik olması ilə əsaslandırıb. 

ÇİN XİN sözçüsü bu gün Pekində deyib: TAD nəinki təhlükəsizlik nigarançılıqlarını aradan qaldırmır hətta çaxnaşma durumunu gücləndirir və regionun strateji təhlükəsizliyini təhdid edir. 

Genq Şuanq həmçinin ABŞ və Cənubi Koreyanı Çin və digər ölkələrin təhlükəsizlik nigarançılıqlarını nəzərə alaraq dərhal bu raket sistemi və onun bölmələrinin yerləşdirilməsi prossesini dayandırmağa çağırıb. 

İndiyədək ABŞ-ın müasir TAD raket sisteminin 6 bölməsi Cənubi Koreyaya gətirilib. Bunlardan iki bölmə keçmişdə quraşdırılmışdı. 

TAD raket sistemi Amerikanın Lakhid Martin silah şirkəti tərəfindən ballestik raketləri yüksək hündürlükdə hədəfə almaq məqsədi ilə hazırlanıb və 2 min kilometr məsafədən hədəfi izləyə və dağıda bilir. 

Teqlər