Qazaxıstan islami G-15 qrupunun yaradılmasını təklif edib
https://azeri.sahartv.ir/news/dünya-i281939-qazaxıstan_islami_g_15_qrupunun_yaradılmasını_təklif_edib
Qazaxıstan prezidenti İslam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün 15 qabaqcıl İslam ölkəsi qrupunun yaradılmasını təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2017 15:23 Asia/Baku
  • Qazaxıstan islami G-15 qrupunun yaradılmasını təklif edib
    Qazaxıstan islami G-15 qrupunun yaradılmasını təklif edib

Qazaxıstan prezidenti İslam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün 15 qabaqcıl İslam ölkəsi qrupunun yaradılmasını təklif edib.

İRNA-nın məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar günü Qazaxıstanın Astana şəhərində təşkil edilən İƏT-in elm və texnologiya üzrə zirvə toplantısının açılış mərasimində bildirib:  İslam dünyasında elm və iqtisadiyyatın inkişaf etdirilməsi üçün 20-lər qrupu kimi bir qurumun yaradılmasını lazım bilirəm.