Amerikan koalisiyasının Rəqqədə yeni cinayəti
-
Amerikan koalisiyasının Rəqqədə yeni cinayəti
Anti-İŞİD amerikan koalisiyasının qırıcıları yeni bir cinayətdə Suriyanın şimalında yerləşən Rəqqə şəhərində ondan çox suriyalı mülkini öldürüblər.
Livanın Ələhd xəbər portalının məlumatına görə, anti-İŞİD amerikan koalisiyası qırıcılarının Rəqqədəki müxtəlif məntəqələrə qarşı hücumlarında bir qrup suriyalı sivil də yaralanıbdır.
Anti-İŞİD amerikan koalisiyasının qırıcıları ötən həftə də Rəqqə şəhərindəki "Dəvar Əlnəim" adlı yaşayış massivini hədəfə alıblar ki, nəticədə 14 mülkinin həlak olmasından əlavə, məntəqədəki evlərə və infrastruktur təsisatlara böyük xəsarətlər dəyibdir.
Anti-İŞİD amerikan koalisiyası son zamanlar bir bəyanatda bildirib ki, təkcə iyul ayında bu koalisiyanın İraq və Suriyada keçirdiyi hava hücumlarında 61 mülki həlak olubdur.
Amerika və onunla müttəfiq olan bir neçə ölkə 2014-cü ilin avqustunda İŞİD terror qrupu ilə mübarizə bəhanəsilə BMT çərçivəsindən kənar və Suriya dövlətilə koordinasiya yaratmadan koalisiya təşkil etdi.
Rəsmi məlumatlara əsasən, ABŞ və onun qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının əsas maliyyə və silah himayədarları hesab olunurlar.