Sen 11, 2017 18:58 Asia/Baku
  • Lavrov: Rusiya və Hizbullah-ın Suriyadakı iştirakı qanunidir
    Lavrov: Rusiya və Hizbullah-ın Suriyadakı iştirakı qanunidir

Rusiyanın xarici işlər naziri bildirib ki, Rusiya Suriyanın qanuni dövlətinin xahişi ilə bu ölkədə terrorizmlə mübarizə aparır.

Əlaləm telekanalının məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Əmman şəhərində İordaniyanın xarici işlər naziri İmən Əlsəfdi ilə birgə mətbuat konfransında deyib ki, hər bir ölkə Dəməşqin razılığı olmadan Suriyada iştirak edərsə, qanunu pozmuş olacaqdır.

Rusiyanın xarici işlər naziri əlavə edib: Amerikan anti-terror koalisiyasının bəzi üzvlərinin Suriyada Cibhətunnusrə terror qrupunu himayə üzrə səyləri qəbuledilməzdir.

İordaniyanın xarici işlər naziri İmən Əlsəfdi də vurğulayıb ki, İordaniya təhlükəsizliyin Suriyaya qayıtmasını, bu ölkənin müstəqil olmasını istəyir və Suriyadakı savaşa son qoyulması üzrə bütün səyləri himayə edir.

İmən Əlsəfdi söyləyib: İordaniya ilə Rusiya arasında Suriyada, xüsusən bu ölkənin cənubunda gərginliyin azaldılması məntəqələri barədə həmkarlıq yaxşı formada cərəyan etməkdədir.

İran, Rusiya və Türkiyə 2017-ci il mayın dördündə Qazaxıstanın Astana şəhərində keçirilən Suriya sülh müzakirələrinin dördüncü dövründə Suriyada gərginliyin azaldılması üzrə dörd məntəqənin yaradılması barədə razılığa çatıblar.

Suriyada gərginliyin azaldılması məntəqələri İdlib, Hums, Dəməşqin şərq hissəsi, Dəra və Qunəytrə vilayətərindəki məntəqələri əhatə edir.

Bundan öncə İordaniya dövlətinin mətbuat katibi Muhəmməd Mumini bildirmişdi ki, İordaniyanın Suriya ilə əlaqələri müsbət istiqamətdə yerləşmə qabiliyyətinə malikdir və İordaniyanın Dəməşqdəki səfirliyi öz işini davam etdirməkdədir.

Teqlər