Belarus NATO-ya reaksiya verdi
Sen 16, 2017 11:54 Asia/Baku
Belarus Şimali Atlantik Alyansı NATO-ya üzv ölkələrin Belarusun Rusiya ilə birgə hərbi təlimlərinə tənqidini əbəs adlandırıb.
İRİB-in məlumatına görə, Belarus Müdafiə Nazirliyi cümə günü bildirib: Rusiya ilə Zapad 2017 birgə hərbi təlimlər sırf məşq və müdafiə xarakteri daşıyır və heç bir ölkə bu hərbi təlimin hədəfində deyil.
Rusiya və Belarus bildirib ki, 20 sentyabra qədər davam edəcək bu hərbi təlimlərdə 5500 Rusiya və 7200 Belarus hərbçisi iştirak edir.
Rusiya və Belarusun Zapad 2017 adlı birgə hərbi təlimləri 14-20 sentyabrda iki ölkənin 6 bölgəsində keçirilir.