Sen 18, 2017 09:08 Asia/Baku
  • BMT baş katibi Antonio Quterreş
    BMT baş katibi Antonio Quterreş

BMT baş katibi İraqın milli hakimiyyəti, ərazi bütövlüyü və birliyini vurğulayıb.

İRNA-nın məlumatına görə, BMT baş katibi Antonio Quterreş bir bəyanatda bildirib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi üçün birtərəfli qərar İŞİD terror qruplaşması ilə mübarizədən yayınmaya səbəb olur, qarşıdurmalardan zərərçəkən bölgələrin bərpası və üç min iraqlı didərginin taleyinə etinasızlıqla nəticələnir. 

Quterreş bu bəyanatda İraq mərkəzi hökuməti ilə Kürdüstan bölgəsi arasında məsələlərin konstruktiv və mexanizmli danışıqlar əsasında həll olunmasını istəyib. 

İraqın kürd muxtariyyətinin bəzi partiyaları 7 iyunda Məsud Barzaninin də iştirak etdiyi iclasda bu muxtariyyətin İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini qəbul etdilər. Bu məsələ İraq hökuməti, müxtəlif qruplar və bəzi region və dünya ölkələrinin ciddi reaksiyası ilə üzləşib. 

Teqlər