Çin və Rusiyanın birgə dəniz təlimlərinin ikinci etapı başlanıb
Qarşılıqlı potensialların gücləndirilməsi məqsədilə Çin və Rusiyanın birgə hərbi təlimlərinin ikinci etapı başlanıb.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Çin və Rusiyanın birgə hərbi dəniz təlimlərinin ikinci etapı Oxotsk dənizində başlanıb.
Bu ilk dəfədir iki, Çin və rusiya Oxotsk dənizində birgə hərbi təlim keçirir.
Rusiyanın Şimali Koreya ilə quru və dəniz sərhədi vardır və bu hərbi təlmilərin bir hissəsi bu ölkə ilə sərhəd yaxınlığında keçirilib. Çin də Şimali Koreyanın qonşusudur və bu ölkə ilə quru sərhədi vardır.
Görünür Moskva və Pekin Şimali Koreyanın nüvə və raket proqramı bəhanəsi ilə Koreya yarımadasında öz hərbi iştirakını artıran Vaşinqtona açıq mesaj verirlər ki, avantüradan çəkinsin və vəziyyəti silahlı münaqişəyə sürükləməsin.