Sen 26, 2017 10:03 Asia/Baku
  • Avropa bir daha İran ilə nüvə anlaşasını dəstəklədi
    Avropa bir daha İran ilə nüvə anlaşasını dəstəklədi

Britaniya, Fransa, Almaniya və Avropa Birliyinin Amerikadakı səfirləri bazar ertəsi günü bir daha İran ilə nüvə anlaşmasını himayə ediblər.

İRNA-nın məlumatına görə, AB-nin Amerikadakı nümayəndəsi David O Sullivan "Atlantika Şurası" düşüncə otağında keçirilən toplantıda deyib: Nüvə anlaşmasını pozmaq böyük zərər və ziyanlara səbəb olacaq. 

Almaniyanın Amerikadakı səfiri Piter Vitiq də bu iclasda deyib: Əgər Qərb bu beynəlxalq anlaşmanı pozarsa, etibarını itirmiş olacaq. 

Britaniyanın Vaşinqtondakı səfəri Kim Darroç da "Atlantika Şurası"nda keçirilən toplantıda deyib: London dəfələrlə, o cümlədən Britaniya baş naziri Tereza Meyin ABŞ prezidenti Donald Tramp ilə görüşündə nüvə anlaşmasına sadiq qalacağını vurğulayıb. 

Fransanın Birləşmiş Ştatlardakı səfiri Jerard Araud da öz növbəsində Parisin nüvə anlaşmasına sadiq qalacağını deyib. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini də son zamanlar nüvə anlaşmasının bir beynəlxalq anlaşma olduğunu vurğulayaraq, deyib: Bu ikitərəfli bir anlaşma deyil və ona hansısa dəyişiklik etmək olmaz. 

Teqlər