C.Koreyada raket sınağı
-
C.Koreyada raket sınağı
Cənubi Koreya müasir raket sisteminin uğurla sınaqdan keçirilməsindən xəbər verib.
Yunhap xəbər agentliyinin C.Koreyadan verdiyi məlumata görə, bu ölkə ballestik raketlərə qarşı özünü müdafiə məqsədi ilə bir raket sistemini uğurla sınaqdan keçirib.
C.Koreyanın müdafiənin inkişafı agentliyinin verdiyi məlumata görə, bu sistem hərbi təyyarələr vasitəsi ilə düşmən ərazisi daxilində istifadə oluna bilər.
C.Koreya, ABŞ və Yaponiyanın Koreya yarımadasındakı hərbi fəaliyyətlərinin güclənməsi elə bir şəraitdədir ki, bu ölkələr Şimali Koreyanın raket və nüvə fəaliyyətlərini regionun destabilliyi amili adlandırırlar.
Buna baxmayaraq Pxenyan dəfələrlə bildirib ki, Vaşinqton və onun müttəfiqlərinin regiondakı hərbi fəaliyyətləri davam edənədək Şimali Koreya özünün nüvə və raket proqramını gücləndirməkdə davam edəcək.