Sen 30, 2017 20:50 Asia/Baku
  • Google ABŞ prezident seçkiləri haqda araşdırma ilə əməkdaşlıq edir
    Google ABŞ prezident seçkiləri haqda araşdırma ilə əməkdaşlıq edir

Google şirkəti ABŞ prezident seçkilərində Trampın yaxınlarının Rusiya ilə əlaqədə olmasına dair araşdırma prosesi ilə əməkdaşlıq edir.

ABC Newsun məlumatına görə, Google İnformasiya Texnologiyaları Şirkəti cümə günü bir bəyanatda bildirib: 2016-cı il ABŞ prezident seçkilərində Donald Trampın yaxınlarının ruslarla əlaqələri işində araşdırma ilə əməkdaşlıq edir. 

Google, Twitter və Facebook şirkətləri Ağ Evin təhlükəsizlik komitəsinin oktyabr ayındakı dinləmə iclası, eləcə də 1 noyabr ABŞ Senatının təhlükəsizlik komitəsinin iclasına dəvət olunublar. 

Virciniya ştatının senatoru Mark Varner də informasiya texnologiyaları sahəsi üzrə bir çox şirkətin prezident seçkiləri işində araşdırma ilə əməkdaşlıq etməsini istəyib. 

Rusiya 2016-cı il ABŞ prezident seçkilərində hər hansı müdaxiləni təkzib edib. 

Teqlər