Moskvada böyük ticarət mərkəzində yanğın
https://azeri.sahartv.ir/news/dünya-i284719-moskvada_böyük_ticarət_mərkəzində_yanğın
Moskvada Sindika böyük ticarət mərkəzində güclü yanğın baş verib və yanğın bütün ticarət mərkəzlərini bürüyüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2017 13:27 Asia/Baku
  • Moskvada böyük ticarət mərkəzində yanğın
    Moskvada böyük ticarət mərkəzində yanğın

Moskvada Sindika böyük ticarət mərkəzində güclü yanğın baş verib və yanğın bütün ticarət mərkəzlərini bürüyüb.

Şahidlərin dediyinə görə, güclü yanğınla yanaşı bu mərkəzin bəzi hissələrində dəhşətli partlayışlar baş verib.

Üç min nəfərin təxliyyə edilməsinə səbəb olan ticarət mərkəzində yanğının söndürülməsi üçün helikopterlərdən istifadə olunub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi də bildirib: Yanğın ticarət mərkəzinin əsas hissəsini və ətrafdakı yaşayış mənzillərini bürüyüb.

Hələlik ehtimal olunan xəsarət və tələfat haqda məlumat verilməyib.