Marakeşdə sionist rejimə qarşı etiraz
https://azeri.sahartv.ir/news/dünya-i284731-marakeşdə_sionist_rejimə_qarşı_etiraz
Marakeşdə qeyri-hökumət təşkilatları sionist rejim başçılarının bu ölkəyə gəlişinə qarşı olduqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2017 14:33 Asia/Baku
  • Marakeşdə sionist rejimə qarşı etiraz
    Marakeşdə sionist rejimə qarşı etiraz

Marakeşdə qeyri-hökumət təşkilatları sionist rejim başçılarının bu ölkəyə gəlişinə qarşı olduqlarını bildiriblər.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, "Fələstin üçün milli təşəbbüs" adlı marakeşli qrup Marakeşin məşvərət şurasına  açıq məktub ünvanlayaraq bu ölkənin parlament yığıncağında sionist rejim heyətinin iştirakına qarşı olduğunu bildirib. 

Bu qrup sionist heyətin Marakeşə səfərini bu rejimlə əlaqələrin adiləşdirilməsi istiqamətində atılan addım hesab edərək bunu Fələstin və Marakeş xalqlarına qarşı cinayət adlandırıb. 

Məğribli qrup sionist heyətin dərhal ölkədən qovulmasını istəyib və Marakeş xalqının qəsbkar və cinayətkar İsrail rejimi ilə əlaqələrin yaradılması və adiləşdirilməsinin əlayhinə olduğunu vurğulayıb. 

Sionist heyətin Marakeş parlamentində beynəlxalq toplantıda iştirakı da deputatları qəzəbləndirib və bu heyətin dərhal qovulması istənilib. 

Sentyabrın 23-də də Marakeş vətəndaşları paytaxtda etiraz aksiyası keçirərək sionist rejimlə əlaqələrin adiləşdirilməsinin cinayət olduğuna dair qanunun qəbul edilməsini istəmişdilər. 

Daha öncə isə Təncirdə yüzlərlə marakeşli fəal sionist rejim başçılarının bu ölkəyə səfərinə qarşı aksiya keçirmişdi.