Kaliforniyada yanğın
https://azeri.sahartv.ir/news/dünya-i284969-kaliforniyada_yanğın
Kaliforniya ştatının meşəçilik və yanğınsöndürmə idarəsinin sözçüsü deyib: Alovlar gecə yayılıb və əlavə binaları əhatə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2017 13:45 Asia/Baku
  • Kaliforniyada yanğın
    Kaliforniyada yanğın

Kaliforniya ştatının meşəçilik və yanğınsöndürmə idarəsinin sözçüsü deyib: Alovlar gecə yayılıb və əlavə binaları əhatə edib.

Kaliforniyada yanğınsöndürmə rəsmiləri bildiriblər ki, bu ştatın şimal rayonlarında baş verən son geniş yanğınlar nəticəsində 1500-dən çox ev və mağaza  yanıb. Kaliforniya meşəçilik və yanğınsöndürmə idarəsinin sözçüsü Daniyel Berlant deyib: Alov gecə yarısı geniş yayıldı və əlavə evləri də əhatə etdi , nəticədə əlavə ərazilərdən sakinlər təxliyə edilməli oldu. Berlant deyib: Kaliforniya ştatının şimalında cəmi 22 bölgə yanğına məruz qalıb. yanğına məruz qalan bölgələrin sayı çərşənbə axşamı üçün 17 bölgə idi. 

Rəsmilər bildiriblər ki, Kalistoqa şəhərinin 5 min nəfərlik əhalisinin yarısından çoxu evlərini boşaltmalı olub. Sulano bölgəsində Qrin Veli ərazisində əhalinin təxliyə edilməsi barədə də göstəriş verilib.