Rusiya: ABŞ koalisiyası suriyalıları qırğın edir
Rusiya Müdafiə Nazirliyi şənbə günü bildirib: ABŞ koalisiyası Riqqə şəhərində suriyalıların mənzillərini hədəfsiz şəkildə bombalayır.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov xatırladıb: ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın yeganə məqsədi vətəndaşları qırğın etməkdir.
ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının cümə axşamı gecə Riqqə şəhərinə hücumunda 35 Suriya vətəndaşlı həlak oldu.
Çərşənbə günü 4 oktyabr da da ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının Riqqəyə hücumunda onlarla suriyalı həlak olmuşdu.
Suriya hökuməti dəfələrlə BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyib.
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın İraq və Suriyadakı hücumlarını izləyən AirWars Nəzarət Qrupu son vaxtlar bildirib ki, 2014-cü ildən indiyə qədər ABŞ Koalisiyasının İraq və Suriyadakı hava hücumlarında üç mindən çox sivil həlak olub.