Co Bayden nüvə anlaşmasının ləğvi ilə bağlı Trampa xəbərdarlıq etdi
Okt 15, 2017 12:13 Asia/Baku
Sabiq vitse-prezident Co Bayden İran ilə nüvə anlaşmasının ləğv edilməsi haqda ABŞ prezidentinə xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, Barak Obamanın prezidentliyi dövründə vitse-prezident olmiş Co Bayden deyib: ABŞ prezidenti Donald Trampın İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməkdən boyun qaçırtması Birləşmiş Ştatları təcridə sürükləyəcək.
Co Bayden əlavə edib: Trampın nüvə anlaşması ilə bağlı qərarı Vaşinqton ilə müttəfiqləri arasındakı bağların zəifləməsinə səbəb olacaq. Bu isə ABŞ-ın etibarını zədələyəcək.
Sabiq dövlət katibi Hillari Klinton da Trampın nüvə anlaşmasından çıxmaqla bağlı qərarını tənqid edərək, bu barədə xəbərdarlıq edib.