Rohinca müsəlmanlarına qarşı qırğınlar davam edir
Myanma ordusu və ifratçı buddistlərinin bu ölkə müsəlmanlarına qarşı cinayətlərinin dünya səviyyəsində pislənilməsinə baxmayaraq rohinca müsəlmanlarının qırğın edilməsi və öz yaşayış yerlərindən qovulması prossesi davam etməkdədir.
İSNA-nın verdiyi məlumata görə, son günlərdə də minlərlə rohinca müsəlmanı Myanma ordusu və ifratçı buddistlərin hücumları nəticəsində bölgəni tərk edərək Banqladeşin sərhəd ərazilərinə qaçıblar.
Banqladeşin sosial xidmət təşkilatının rəsmilərindən olan Pritam Kumar Çudri dünən deyib: Banqladeşin Kaks Bazar bölgəsində Rohinca müsəlmanları düşərgələrində 14 minə yaxın yetim uşaq çox acınacaqlı vəziyyətdə yaşayır.
Bundan əlavə Banqladeşin yerli polis rəsmilərindən biri sərhəd çayında ruhinca didərginlərini daşıyan bir qayığın aşmasından xəbər verib.
Bu hadisə nəticəsində 40 müsəlman itkin düşüb və 4 qadın və 4 uşaqdan ibarət sadəcə 8 cəsəd aşkar edilib.