Rusiya bir daha ABŞ prezident seçkilərində müdaxiləni təkzib etdi
https://azeri.sahartv.ir/news/dünya-i285478-rusiya_bir_daha_abŞ_prezident_seçkilərində_müdaxiləni_təkzib_etdi
Rusiyanın ABŞ-dakı səfirliyi bildirib: Moskva heç vaxt Birləşmiş Ştatların daxili məsələlərində müdaxilə etməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 11:20 Asia/Baku
  • Rusiya bir daha ABŞ prezident seçkilərində müdaxiləni təkzib etdi
    Rusiya bir daha ABŞ prezident seçkilərində müdaxiləni təkzib etdi

Rusiyanın ABŞ-dakı səfirliyi bildirib: Moskva heç vaxt Birləşmiş Ştatların daxili məsələlərində müdaxilə etməyib.

Ən-Nəşrə xəbər portalının məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiyanı ABŞ prezident seçkilərində müdaxilə etməkdə suçlayan Birləşmiş Ştatların BMT-dəki səfirinin açıqlamasına reaksiyada deyib: Rusiya heç vaxt ABŞ seçkilərində və daxili məsələlərində müdaxilə etməyib.

Antonov əlavə edib: Xanım Heyli utanmadan və açıq-aşkar şəkildə bu ölkənin seçkilərində müdaxilə edən şəxsləri ABŞ-ın dostları və müttəfiqləri arasında axtarmalıdır.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli cümə axşamı günü Nyu-Yorkda ABŞ-ın sabiq dövlət katibləri Madlin Olbrayt və Kandaliza Raysın iştirakı ilə keçirilən toplantıda bir daha Rusiyanı ABŞ prezident seçkilərində müdaxilədə suçlayaraq onu iki ölkə arasında müharibə və qarşılaşmaq mənasında qiymətləndirib.