Noy 01, 2017 11:31 Asia/Baku
  • ABŞ Ruhinqa müsəlmanlarına qarşı soyqırımına susur

ABŞ hökuməti indiyə kimi Myanmada Ruhinqa müsəlmanlarına qarşı yürüdülən soyqırımı siyasəti ilə bağlı mövqe bildirməkdən çəkinib.

"Veks" internet qəzetinin yazdığına görə, ABŞ hökumətinin ciddi təzyiqlərə məruz qalmasının ardınca, dövlət katibi Reks Tillersosn ötən həftə ikibaşlı və təsirsiz bir hərəkətdə Ruhinqa müsəlmanlarının Myanma ordusu tərəfindən qırğın edilməsini qınayıb. 

Tillerson Ruhinqa müsəlmanlarına qarşı yol verilən cinayəti etnik təmizləmə və ya bəşəriyyət əleyhinə cinayət adlandırmaqdan çəkinib. 

Bu məlumata görə, ABŞ Myanmada Ruhinqa müsəlmanlarına qarşı zorakılıqları durdurmaq üçün heç bir addım atmır. 

ABŞ-ın Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlarla bağlı mövqe bildirməkdən çəkindiyi bir şəraitdə bu ölkə prezidenti Donald Tramp yaxın günlərdə Asiyanın şərqinə səfər etmək qərarına gəlib. 

Teqlər