Əfqanıstanda neft tankeri partladı; 15 ölü
Dünən gecə Əfqanıstanın Pərvan vilayətində neft daşıyan tankerin partlaması nəticəsinə ölən və yaralananların sayı 45 nəfərə çatıb.
İRİB-in verdiyi məlumata görə, Əfqanıstan rəsmiləri bildiriblər ki, Pərvan vilayətinin Çarikar şəhərində neft daşıyan tankerin partlayışı hadisəsində ölənlərin sayı 15 nəfərə çatıb, hadisədə 30 nəfər də yaralanıb.
Neft tankeri dünən gecə Əfqanıstanın şimalından paytaxt Kabilə gecən Avtobusun hərəkəti istiqamətində partlayıb.
Hələlik heç bir qrup bu partlayışın məsuliyyətini öz üzərinə götürməyib, amma taliblər öncə yerli şirkətlərə hökumətə və xarici qüvvələrə yanacaq və məhsul daşımaları barədə xəbərdarlıq etmişdi.
Əfqanıstanda destabilliyin artması və terrorçu qrupların fəallaşmaları elə bir şəraitdədir ki, Amerika və onun müttəfiqləri 2001-ci ildən bəri terrorizm ilə mübarizə və Əfqanıstanda təhlükəsizliyin təmini bəhanəsi ilə fəaliyyət göstərirlər.
Əfqanıstan rəsmilərinin bildirdiklərinə görə, amerikalıların bu ölkədəki fəaliyyətləri sadəcə ölkədə terrorizm, destabillik və narkotik maddələrin istehsalını artırıb.