Noy 04, 2017 11:14 Asia/Baku
  • YUNİSEF xəbərdarlıq etdi
    YUNİSEF xəbərdarlıq etdi

BMT-nin uşaq fondunun sözçüsü , beynəlxalq ictimaiyyətin uşaqların qida çatışmazlığı barədə ciddi tədbirlər görməyəcəyi təqdirdə uşaqların geniş miqyaslı ölümünün baş verəcəyi barədə xəbərdarlıq edib.

CNN telekanalının verdiyi məlumata görə,BMT uşaq fondunun (YUNİSEF) sözçüsü Kristof Bulirak Myanmanın didərgin müsəlmanlarının durumu barədə deyib: Banqladeşin Kaks bazar ərazisindəki didərgin düşərgələrində rohinca müsəlmanları əlverişli səhiyyə imkanlarına malik deyillər. 

YUNİSEF sözçüsü bu düşərgələrdə ərazaq çatışmazlığına toxunaraq deyib: Rohinca didərgin uşaqların dörddə biri qida çatışmazlığının törətdiyi fəsadlardan ciddi şəkildə əziyyət çəkir, bu çox böyük rəqəmdir və bu uşaqların qida çatışmazlığı problemi həll edilməzsə onlar canlarını itirə bilərlər. 

Kristof deyib: Bu uşaqlara dərhal yardım göstərilməzsə bu nəsl məhv olacaq. 

Myanma ordusunun Raxin vilayətində rohinca müsəlmanlarına qarşı repressiv hücumlarının yeni mərhələsində avqustun 25-dən bu günədək 6 mindən çox müsəlman qırğın edilib, 8 min yaralanıb və neçə yüz min insan didərgin düşüb. 

Raxin vilayəti 2012-ci ildən Myanma ordusu və ifratçı buddistlərin rohinca müsəlmanlarına qarşı hücumlarının şahididir. 

Myanmada bir milyon rohinca müsəlmanı vətəndaş hüququndan məhrumdur. 

Teqlər