Rusiya İŞİD-in Suriyadakı mövqelərini raketlə hədəfə alıb
-
Rusiya İŞİD-in Suriyadakı mövqelərini raketlə hədəfə alıb
Rusiya havadan və dənizdən Suriyanın Deyruzzur vilayətindəki İŞİD terrorçularının mövqelərini raketlə hədəfə alıb.
İRNA-nın verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Topolov-22 M3 hərbi təyyarələri dünən Suriyanın şərqində Deyruzzur vilayətinin Əlbu Kamal şəhərində İŞİD terrorçularının mərkəzlərini davamlı olaraq 3-cü dəfə hədəfə alıb.
General İqor Konaşenkov deyib: Rusiyanın Kolpino sualtı gəmisi də eyni zamanda Aralıq dənizindən İŞİD-in Deyruzzurdakı mövqelərinə bir neçə raket zərbəsi endirib.
Rusiya MN sözçüsü deyib: Raket hücumlarında İŞİD-in qərargahları, zirehli texnikası, səngərləri və silah-sursat anbarları məhv edilib.
Rusiya 2015-ci il sentyabrın axırlarından başlayaraq Suriya ilə anti-terror əməkdaşlıqları çərçivəsində İŞİD və Cəbhətünnüsrə terrorçularının mövqelərinə qarşı Həmimimdə yerləşən aeronevtika bölmələri vasitəsi ilə zərbələr endirməklə eyni zamanda terrorçular əleyhinə dəniz və sualtı gəmilərdən də istifadə edir.