İngiltərə xalqı Fələstin xalqına dəstək aksiyası keçirib
https://azeri.sahartv.ir/news/dünya-i286140-İngiltərə_xalqı_fələstin_xalqına_dəstək_aksiyası_keçirib
London şəhərinin əhalisi anti-sionist aksiya keçirərək, İsrail rejiminin işğalçlığı və cinayətləri qarşısında Fələstin xalqını himayə edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2017 08:12 Asia/Baku
  • İngiltərə xalqı Fələstin xalqına dəstək aksiyası keçirib

London şəhərinin əhalisi anti-sionist aksiya keçirərək, İsrail rejiminin işğalçlığı və cinayətləri qarşısında Fələstin xalqını himayə edibdir.

Minlərlə müsəlman, yəhudi və vətəndaş cəmiyyəti fəalı dünən Balfur bəyannaməsinin yüzüncü ildönümü ilə bağlı ABŞ-ın Londondakı səfirliyi önündə aksiya keçirərək, işğal olunmuş Fələstin ərazilərinin azad edilməsini istəyibdir.

Anti-müharibə koalisiyası, Fələstinlə həmrəylik koalisiyası və Fələstin tərəfdarı olan bir qrup digər vətəndaş cəmiyyəti tərəfindən təşkil olunmuş bu etiraz hərəkətində iştirakçılar şüarlar verərək, Fələstin xalqı ilə öz həmrəyliklərini elan edib və İngiltərə parlamentinə tərəf yürüş keçiriblər.

Fələstin bayrağını dalğalandıran aksiya iştirakçılarının əllərində üzərlərində “Fələstin azad edilməlidir!” şüarı yazılmış plakatlar olub.

1917-ci il noyabrın ikisində İngiltərənin ozamankı xarici işlər naziri Artur Ceyms Balfur tərəfindən İngiltərə parlamentinin aşağı palatasının üzvü, sionist siyasətçi Valter Rotşildə yazılmış Balfur bəyannaməsi qəsbkar İsrail rejiminin təsisinin əsası oldu.