Noy 06, 2017 12:03 Asia/Baku
  • Şimali Koreya ABŞ-la müzakirəni rədd etdi

Şimali Koreya öz nüvə silahı proqramı haqda ABŞ-la müzakirəni rədd edib.

İRNA-nın məlumatına görə, Şimali Koreya bir bəyanatda bildirib: Ölkənin nüvə silahı ABŞ və müttəfiqlərinin Koreya yarımadasındakı avantürasının ən böyük maneəsidir və Pxenyan ondan vaz keçməyəcək. 

Pxenyan bu bəyanatda Koreya yarımadasında gərginliyin qarşısının alınmasında ABŞ-ın ikili davranışını tənqid edib: ABŞ Şimali Koreya əleyhinə düşmənçilik siyasətlərini kənara qoymaqla Pxenyanın nüvə qüdrətini məhv etmək siyasətini də durdurmalıdır. 

Şimali Koreya dəfələrlə bildirib ki, bu ölkənin nüvə proqramının genişləndirilməsi Vaşinqtonun təhdid və sanksiyalarının nəticəsidir. 

Pxenyanın qənaətincə, Şimali Koreyanın nüvə qüdrəti ABŞ-ın Şimali Koreyaya hücum etməsini önləyir. 

Koreya yarımadasında gərginliyin artmasında əsaslı rola malik olan Vaşinqton və müttəfiqləri Şimali Koreyanın hərbi və nüvə sınaqlarının durdurulmasını istəyirlər. 

Tramp hazırda 12 günlük Şərqi Asiya səfəri çərçivəsində Yaponiyadadır və sabah Seula gedəcək. 

Teqlər