Bonnda BMT-nin İqlim Konfransı işə başlayıb
https://azeri.sahartv.ir/news/dünya-i286187-bonnda_bmt_nin_İqlim_konfransı_işə_başlayıb
Paris İqlim Dəyişikliyi üzrə Sazişin qüvvəyə minməsindən bir il sonra BMT-nin Almaniyanın Bonn şəhərindəki konfransı bu gündən işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 12:16 Asia/Baku
  • Bonnda BMT-nin İqlim Konfransı işə başlayıb

Paris İqlim Dəyişikliyi üzrə Sazişin qüvvəyə minməsindən bir il sonra BMT-nin Almaniyanın Bonn şəhərindəki konfransı bu gündən işə başlayıb.

İRNA-nın məlumatına görə, konfrans iştirakçıları Paris İqlim Dəyişikliyi Sazişinin icrası ilə əlaqədar qaydaları təkmilləşdirməyə çalışacaqlar.

Konfransa Fici rəhbərlik edir. Fici adaları iqlim dəyişikliklərinin təsirinə güclü şəkildə məruz qalan ölkədir.

Bu arada Almaniyanın Bonn şəhərində minlərlə nəfər bu konfrans ərəfəsində aksiya keçirib və daş-kömür yanacağı ilə işləyən elektrik stansiyalarının bağlanması və iqlim dəyişikliyi ilə mübarizənin aparılması üçün dünya dövlətlərinin dərhal addımlar atmalarını istəyiblər.

ABŞ prezidenti Donald Tramp 2017-ci il avqust ayında Paris İqlim Dəyişikliyi Sazişindən çıxdığını rəsmən elan edib.

Paris Sazişi 2015-ci il dekabr ayında BMT-nin İqlim Konvensiyası Çərçivəsinə üzv 196 ölkə arasında imzalandı və 2016-cı il 4 noyabrdan qüvvəyə mindi.

BMT-nin İqlim Dəyişikliyi ilə əlaqədar Konfransı Paris Sazişinə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə 6 noyabrdan 17 noyabra qədər Almaniyanın Bonn şəhərində keçirilir.