Noy 07, 2017 09:54 Asia/Baku
  • Amano nüvə anlaşmasının T bəndi haqda mənfi baxışlara cavab verdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bildirib: Əhatəli Müştərək Təşəbbüs Proqramının T bəndi agentliyin İranın obyektlərinə nəzarət etməsi haqda deyil.

Fars Xəbər Agentliyinin məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano bildirib: İran və 5+1 qrupu arasında nüvə anlaşmasının ilk əlavəsində qeyd olunan T bəndi agentliyin İranın obyektlərinə nəzarət etməsi haqda deyil, əksinə ikili istifadələrə malik məhsullarla əlaqədardır. 

ABŞ prezidenti Donald Tramp hökuməti nüvə anlaşmasının T bəndindən yanlış nəticə çıxarmaqla onu AEBA-nın İranın hərbi obyektlərinə baxış keçirməsi üçün icazə kimi hesab etməyə çalışır. 

Nüvə anlaşmasının T bəndinə əsasən, İrana ikili istifadəyə malik bəzi məhsulların dizaynı, istehsalı, satın alınması qadağan olunub. Lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirir ki, bu haqda sınaq mərhələsini keçmək agentliyin səlahiyyətləri və ixtisasından kənardır və nüvə anlaşması bu sınaq mərhələsini agentliyə tapşırmamışdır. 

Buna əsasən, nüvə anlaşmasının dördüncü əlavəsinin icrasında ikili istifadəyə malik məhsulların iranlı müştəriləri hər bir məhsul üçün Əhatəli Müştərək Təşəbbü Proqramının Birgə Komissiyasından icazə alırlar. 

Əhatəli Müştərək Təşəbbüs Proqramının Birgə Komissiyasının iclasları hər ay Avstriya paytaxtı Vyanada keçirilir. 

Teqlər