BMT Ukraynanın şərqində destabilliyin davam etməsi haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i286294-bmt_ukraynanın_şərqində_destabilliyin_davam_etməsi_haqda_xəbərdarlıq_etdi
BMT-nin Ukraynada humanitar məsələlər üzrə koordinatoru deyib: Qış fəslinin yaxınlaşması ilə ölkənin şərq bölgələrində qarşıdurmaların artması nigaranedici olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2017 08:11 Asia/Baku
  • BMT Ukraynanın şərqində destabilliyin davam etməsi haqda xəbərdarlıq etdi
    BMT Ukraynanın şərqində destabilliyin davam etməsi haqda xəbərdarlıq etdi

BMT-nin Ukraynada humanitar məsələlər üzrə koordinatoru deyib: Qış fəslinin yaxınlaşması ilə ölkənin şərq bölgələrində qarşıdurmaların artması nigaranedici olacaqdır.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Neal Ualker çərşənbə günü xəbərdarlıq edib: Ukraynanın şərqində Donetskdə su, elektrik və qaz infrastrukturları yaxınlığında qarşıdurmalar sivillərə xidmətlərə problemlər yaratmışdır. 

Ualker bildirib: Destabilliyin davam etməsi Ukraynanın şərqində insan böhranını daha da acınacaqlı vəziyyətə salıb. 

Ukraynanın şərqində su filtrasiyası mərkəzlərinə hücumlar nəticəsində qarşıdurmanın iki tərəfində yaşayan 1 milyon 100 min nəfər üçün içməli su ehtiyatı təhlükə ilə üzləşib. 

Ukrayna 2014-cü il aprel ayından qərbyönlü müxalifətin o vaxtkı hökumət əleyhinə çevrilişi ardınca Luqansk və Donetsk bölgələrində dövlət və müxalifətin qarşıdurmalarının şahididir. 

Qarşıdurma tərəfləri bu bölgədə münaqişəni dinc yolla həll etmək üçün 2014-cü il sentyabr ayında Minskdə atəşkəs razılaşmasını imzalayıblar. 

2015-ci il fevral ayında da, Ukrayna, Rusiya, Fransa və Almaniyanın nümayəndələri Minsk 2 yeni razılaşmasını imzaladılar. Bu anlaşma dəfələrlə münaqişə tərəfləri tərəfindən pozulmuşdur.