Noy 09, 2017 16:56 Asia/Baku
  • Kolumbiyada ən böyük kokain yükü aşkarlandı
    Kolumbiyada ən böyük kokain yükü aşkarlandı

Kolumbiya rəsmiləri 360 milyon dollar dəyərində onan 12 ton kokaini aşkarlayıb və götürüblər. Bu ölkə prezidenti Xuan Manuel Santosun dediyinə görə, Kolumbiyada indiyə qədər kəşf olunan ən böyük narkotik maddə yüküdür.

Kolumbiyada narkotik maddələrlə mübarizə üzrə 400 məmur bu kokain yükünü ölkə ərazisində keçirdiyi dörd əməliyyatda kəşf edib. Narkotik maddələr qaçaqçıları bu yükü əkin sahələrində yer altında gizlətmiş və üzərini banan ağacının yarpaqları ilə örtüblərmiş. 

Kolumbiya rəsmilərinin dediyinə görə, narkotik maddələr qeyri-qanuni silahlı qruplaşmalardan olan Del Qolfoya aiddir. O öncələr Kolumbiya inqilabçı silahlı qüvvələrinin işğalında olan ərazilərdə narkotik maddələrin qaçaqçılığını öz nəzarətinə götürmək istəyir. 

Teqlər