Nigeriyanın Kano şəhərində Ərbəin şəhidləri üçün dəfn mərasimi keçirilib
Nigeriyanın Kano şəhərinin sakinləri bu gün Ərbəin günü təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilən 4 nəfər üçün təşkil edilmiş dəfn mərasimində iştirak edib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Nigeriyanın paytaxtı Abucada keçirilən Ərbəin yürüşü zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində onlarla nəfər də yaralanıb. Həmçinin, bir qrup aksiya iştirakçısının həbs edildiyi bildirilir.
Ərbəin şəhidlərinin cənazələri, Kano şəhərində təşkil edilən dəfn mərasimində torpağa tapşırılıb.
Təhlükəsizlik qüvvələri Əhl Beyt(ə) aşiqlərinin öz dini hüquqlarından faydalanmasına mane olmağa çalışıblar.
Mərkəzi ofisi Londonda yerləşən İslam İnsan Haqları Komitəsi Nigeriya polisinin Abucada Ərbəin yürüşü iştirakçılarına hücum etdiyini, onlarla nəfərin yaralandığı və həbs olunduğunu bildirib.
Bu komitə Nigeriyada müsəlmanların haqq və hüquqlarının kobud şəkildə pozulmasından nigaranlıq edərək, Nigeriya hökumətinə bu kimi rəftarların mənfi nəticələri barədə xəbərdarlıq edib.