Noy 13, 2017 14:26 Asia/Baku
  • Filippin polisi Trampın səfərin etiraz edənlərə güc tətbiq edib
    Filippin polisi Trampın səfərin etiraz edənlərə güc tətbiq edib

Filippin polisi və ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfər etməsinə etiraz olaraq aksiya keçirən insanlar arasında qarşıdurma baş verib.

Paytaxt Manilada ABŞ səfirliyi önündə keçirilən bu etiraz aksiyası Trampın bu məkana daxil olmasından az öncə baş verib. Polis aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Aksiya iştirakçıları əsasən solçulardan ibarət olub. Aksiya iştirakçıları "Trampı Qovun" şüarı veriblər.

Filippin ABŞ prezidentinin 12 günlük Asiya turnesinin sonuncu məqsədi sayılır.

Teqlər