ABŞ prezidentinin hərəkəti hamını güldürdü
https://azeri.sahartv.ir/news/dünya-i286635-abŞ_prezidentinin_hərəkəti_hamını_güldürdü
ABŞ prezidenti Donald Trampın, çıxışı zamanı sözünü kəsərək tribunanın altından su butulkasını axtarması bir çoxları, hətta senator Marko Rubionu güldürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2017 18:02 Asia/Baku
  • ABŞ prezidentinin hərəkəti hamını güldürdü
    ABŞ prezidentinin hərəkəti hamını güldürdü

ABŞ prezidenti Donald Trampın, çıxışı zamanı sözünü kəsərək tribunanın altından su butulkasını axtarması bir çoxları, hətta senator Marko Rubionu güldürüb.

CNN telekanalının verdiyi məlumata görə, çıxışının 11-ci dəqiqəsində ağzı quruyan Tramp qəfildən su butulkasını axtarmaq üçün tribunanın altına keçib, amma butulkanı tapa bilməyib və su istəyib. Bu axtarış zamanı müxbirlər ona suyun yandakı masanın üzərində olduğunu bildiriblər. Tramp 2016-cı il prezident seçkiləri kampaniyasında , digər respublikaçı namizəd Marko Rubionu çıxış edərkən su içdiyinə görə istehza etmişdi. 

O vaxt Tramp butulkanı əlinə alaraq Rubionu yamsılayarkən demişdi: Bu Rubio deməkdir. Sonra suyu səhnəyə tökərək demişdi: haaa...mənim suya ehtiyacım var. Mənə yardım edin. Mən su istəyirəm...kömək eləyin! Bu da bizim canlı yayımımızdan! 

Rubio Trampın bu hərəkətinə Tvitterində münasibət bildirib: Hərəkəti mənə bənzəyirdi, amma o belə yamsılamanın forması üzərində işləməlidir, o bir hərəkətdə bunu etməlidir və gözləri də kameraya zillənməlidir amma, ilk dəfə üçün pis deyildi.