Noy 20, 2017 15:00 Asia/Baku
  • Suçi rohinca didərginlərini terrorçu adlandırdı
    Suçi rohinca didərginlərini terrorçu adlandırdı

Myanma dövlətinin müşaviri və xarici işlər naziri rohinca müsəlmanlarını dolayısı ilə terrorçu adlandıraraq ölkədə destabillik və qarşıdurmalarda onların məsuliyyət daşıdığını deyib.

İRİB-in verdiyi məlumata görə, Anq San Suçi Myanma paytaxtı Naypidavda Asiya və Avropa ölkələrinin xarici işlər nazirlərini qarşılama çıxışında ölkəsindən müsəlmanların didərgin düşmələrinə toxunmasa da kinayəli şəkildə rohinca müsəlmanlarını qeyri-qanuni miqrantlar adlandırıb və ölkəsindəki terror hadisələrində onların məsuliyyət daşıdığını deyib. 

Suçi qeyri-qanuni mühacirətin terrorizm, ifratçılıq, zorakılıq, sosial barışmazlıq və hətta atom müharibəsi təhdidinə gətirib çıxartdığını bildirib. 

Nobel sülh mükafatı laureatı olan Suçi qərb ölkələri tərəfindən rohinca müsəlmanlarına qarşı acınacaqlı durum barədə susmaqda ittiham edilir. 

Birləşmiş Millətlər Təşkilatı bir hesabat yayaraq bildirib ki, Myanma hərbçiləri və ifratçı buddistlərinin rohinca müsəlmanlarına qarşı zorakılıqlarının etnik təmizləmə və soyqırımıdır. 

Son iki ayda yüz minlərlə rohinca müsəlmanı Banqladeşə qaçqın düşüb. 

Teqlər