Banqladeş Myanma dövləti ilə müzakirə aparır
Banqladeş Ruhinca müsəlmanlarının öz ölkələrinə qaytarılması üçün Myanma dövləti ilə müzakirə apardığını bildirib.
Röytersin verdiyi məlumata görə, Banqladeşin xarici işlər naziri dünən bir bəyanatda bildirib ki, Ruhinca müsəlmanlarının öz ölkələrinə qayıtması üçün Banqladeş Myanma ilə müzakirə aparmaqdadır.
Bəyanatda deyilir: Byanma və Banqladeş didərginlərin öz ölkələrinə qayıtmaları üçün müzakirə aparır və bu əməliyyatın daha asan şəkildə həyata keçirilməsi üçün müştərək bir qrupun yaradılması gözlənilir.
Banqladeş XİN rəhbərinin köməkçisi bildirib ki, iki ölkə Ruhinca müsəlmanları barədə qarşılıqlı anlayışa malik olub və razılığın əldə olunması üçün bəzi kiçik təfərrüatlar üzərində müzakirə gedir.
İnsan haqları gözətçiləri təşkilatı son vaxtlar bir bəyanat yayaraq Ruhinca müsəlmanlarına qarşı Myanma ordusu tərəfində soyqırımının həyata keçirilməsi barədə çoxlu faktların mövcud olduğunu bildirmişdir. Myanma dövlətinin müşaviri və bu ölkənin xarici işlər naziri Anq San Suçi də bunu dolayısı ilə təsdiqləmişdir.
Myanmanın Raxin vilayətində müsəlmanlara qarşı geniş miqyaslı qırğınlara 25 avqustda start verildi. İndiyədək 6 min müsəlmanın öldürüldüyü və 8 min nəfərin yaralandığı bildirilir.