Noy 25, 2017 20:45 Asia/Baku
  • Amazon şirkətinin işçiləri işlərini dayandırdılar
    Amazon şirkətinin işçiləri işlərini dayandırdılar

İtaliya və Almaniyada beynəlxalq internet satış mərkəzi Amazon şirkətinin işçiləri öz işlərinin qeyri-münasib vəziyyətinə etiraz olaraq işlərini dayandırıblar.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Almaniya və İtaliyada Amazon şirkətinin böyük anbarlarının idarəetmə və yayım idarələrinin minlərlə işçisi az maaş, iş saatının çox olması və digər qeyri-münasib iş vəziyyətinə etiraz olaraq işlərini dayandırıb. 

Bu etiraz Qara Cümə hərracının olduğunu nəzərə alaraq bir çox sifarişlərdə problem yaradıb. 

Qara Cümə ya Cümə Hərracı ABŞ-da Şükran Günündən sonrakı gündür. Praktiki olaraq  noyabr ayının son cüməsi və Milad bayramı üçün alış verişin başlanmasıdır. 

Amazon İtaliya və Almaniyada işçilərinin işini dayandırmasına reaksiyada bir bəyanat verərək bu hadisəni az əhəmiyyətli adlandırıb: Bu iki ölkədə işçilərin əksəriyyəti işini davam etdirir və Amazon bütün öhdəliklərini yerinə yetirə bilər. 

Beynəlxalq internet alış-veriş şirkəti olan Amazon Şirkətinin təxminən 361 milyard dollar əmlakı vardır və onun hər bir səhminin dəyəri 750 milyon dollardan çoxdur. Bununla belə onun işçilərinin bir çoxu yoxsul həyat sürür. 

Teqlər