Dek 08, 2017 17:45 Asia/Baku
  • BMT Baş Assambleyasında Fələstin haqda iclas

BMT Baş Assambleyası yanında Fələstin xalqının ayrılmaz hüquqlarının icrası komitəsi xüsusi iclas təşkil edib və ABŞ hökumətindən Qüds əleyhinə qərarından vaz keçməsini istəyib.

MƏA İnformasiya Agentliyinin məlumatına görə, BMT Baş Assambleyası yanında Fələstin xalqının ayrılmaz hüquqlarının icrası komitəsi fövqəladə iclas keçirib. Bu iclasda ABŞ hökumətindən Qüdsün sionist rejimin paytaxtı elan olunması və ABŞ səfirliyinin Tələvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarından kəskin narazılıq elan olunub. 

Fələstin xalqının ayrılmaz hüquqlarının icrası komitəsi bir bəyanatda bildirib: Belə hərəkətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar pozulmasıdır. 

Fələstin xalqının ayrılmaz hüquqlarının icrası komitəsi əlavə edib: Bu qərarlar sadəcə işğalçı qüvvə olaraq İsrail rejimini təşviq edir ki, Şərqi Qüdsün birləşdirilməsi kimi qeyri-qanuni hərəkətlərini davam etdirsin. Bütün bu hərəkətlər Yaxın Şərq və bütün dünyada uzun müddətli mənfi nəticələrə gətirib çıxaracaq. 

Başqa bir məlumata görə, ABŞ səfirliyinin işğal olunmuş ərazilərdə Qüdsə köçürülməsi ilə bağlı qərar və milyonlarla müsəlmanın hiddətlənməsi ardınca, BMT Təhlükəsizlik ŞUrası məsələni araşdırmaq üçün bu gün iclas keçirəcək. 

BMT Təhlükəsizlik Şurasının bugünkü iclası Boliviya, Misir, Fransa, İtaliya, Seneqal, İsveç, Uruqvay və Britaniyanın müraciəti ilə təşkil olunacaq və Donald Trampın ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi ilə bağlı qalmaqallı qərarının mənfi nəticələri araşdırılacaq. 

ABŞ prezidenti Donald Tramp çərşənbə günü regional və beynəlxalq xəbərdarlıq və etirazlara rəğmən, Qüdsü saxta İsrail rejiminin paytaxtı elan edib. 

Teqlər