Mavritaniya və Liviya Trampın qərarına reaksiya verdi
Liviya və Mavritaniya verdikləri bəyanatlarda ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını pisləyiblər.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Liviya Hökuməti Ali Şurası cümə axşamı günü bir bəyanat verərək ABŞ hökumətinn Qüds şəhəri haqda qərarını pisləyib və müsəlman ölkələrdən bu qərara etiraz əlaməti olaraq dinc aksiyalar keçirmələrini istəyib.
Liviya Hökuməti Ali Şurası bu bəyanatda dünya ictimaiyyəti, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasından regionda stabilliyi və tarazlığı qorumaq məqsədilə Donald Trampın Qüds haqda qərarının icrasına mane olmalarını istəyib.
Mavritaniya Xarici İşlər Nazirliyi də bir bəyanat verərək ABŞ hökumətinin Beytül-Müqəddəs haqda qərarına qarşı elan edib və bu qərarın beynəlxalq qanunlarla ziddiyyət təşkil etdiyini vurğulayıb.