Londonda ərəbistanlı müxaliflərin konfransı keçirilib
Ərəbistanlı müxaliflər və ingilis insan haqları fəalları Ərəbistanda insan haqlarının pozulmasının dayandırılması üçün birgə beynəlxalq səylərin göstərilməsini istəyiblər.
"Ərəbistan: keçmiş səhvlər və gələcək problemlər" adı altında Londonda keçirilən toplantının iştirakçıları Ərəbistandakı məqsədyönlü həbslər dalğasına göz yumulması barədə xəbərdarlıq edərək, vurğulayıblar ki, bu məsələ Ərəbistan hökumətinin gələcəyi üçün ciddi bir xətər olacaqdır.
Onların qənaətincə, səud başçıları Ərəbistanda elə bir atmosfer yaradıblar ki, vətəndaşlar bir-birilərilə belə danışmaq istəmir və söz söyləməkdən qorxurlar.
Konfrans iştirakçıları Ərəbistanda azadlıqları məhdudlaşdırmaq üzrə məqsədyönlü həbslərə son qoymalarından ötrü BMT-nin səud başçılarına təzyiq göstərməsini istəyiblər.