Dek 11, 2017 20:22 Asia/Baku
  • Mari An Munir: Əfqanıstanda narkotik maddələrin əkini 78% artıb
    Mari An Munir: Əfqanıstanda narkotik maddələrin əkini 78% artıb

BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsi, Paris Koordinasiya Mərkəzinin məsulu deyib: Əfqanıstanda narkotik maddələrin əkini ötən illə müqayisədə 2017-ci ildə 78% artıb.

İRİB-in məlumatına görə, BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsi, Paris Koordinasiya Mərkəzinin məsulu Mari An Muni bazar ertəsi günü Tehranda Paris Koordinasiya Təşəbbüsü çərçivəsində sərhədaşırı əməkdaşlıqlar işçi qrupunun iclasında deyib: 2017-də Əfqanıstanda narkotik maddələrin əkininin 78% artması dünya üçün həyəcan siqnalıdır. 

An Munir bu məsələnin ictimaiyyətlər üçün təhlükəsizlik və sağlamlıq təhdidləri yaratdığını bildirərək deyib: Hazırda dünyada narko-mafiyalar mövcuddur ki, sərhədlərdən kənar fəaliyyətlər göstərir və mütəşəkkil cinayətlərin müxtəlif formalarını törədirlər. BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsi bu problemin həlli üçün regional və beynəlxalq əməkdaşlıqları vurğulayır. 

BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsi, Paris Koordinasiya Mərkəzinin məsulu narkotik maddələrlə mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıqların əhəmiyyətii vurğulayıb: Hazırda narkotik maddələrin qaçaqçıları ilə terrorizm arasında bağlılıq yaranıb. Bu isə problemli haldır. 

Paris Koordinasiya Təşəbbüsü çərçivəsində sərhədaşırı əməkdaşlıqlar işççi qrupunun iclası 30 ölkə rəsmisi və regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə bu gün Tehranda keçirilib. 

Teqlər