Dek 15, 2017 14:23 Asia/Baku
  • Tramp hökuməti İrana qarşı yeni beynəlxalq addımların atılmasına çalışır
    Tramp hökuməti İrana qarşı yeni beynəlxalq addımların atılmasına çalışır

Vaşinqton Post qəzeti Niki Heylinin İrana aid olduğunu iddia etdiyi təchizatları aşkar formada nümayiş etdirməsini Tramp hökumətinin İrana qarşı yeni beynəlxalq addımın atılmasında əzmkar olmasının nişanəsi adlandırıb.

Vaşinqton Post qəzeti cümə günü ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heylinin cümə axşamı BMT-dəki şou proqramına işrə edərək, yazıb: Tramp hökumətinin İranın Yəmən müharibəsinə artan müdaxiləsinin nişanələri adlandırdığı bu faktlar İrana qarşı yeni və daha ciddi addımların atılması üçün beynəlxalq razılığın əldə edilməsi üzrə səylərdən xəbər verir.

Bu qəzet daha sonra yazır: ABŞ rəsmiləri bir qrup yəmənlinin Ərəbistana olan raket hücumlarını İrana qarşı beynəlxalq təzyiqlərin artırılması üçün bir fürsət hesab edirlər.

Niki Heyli dünən axşam İran istehsalı olan bir raketə aid olduğu iddia edilən bir yığın dəmir parçasının önünə keçərək, Tehranı Yəmənin Ənsarullah hərəkatını raketlə təchiz etməkdə ittiham edib.

BMT sözçüsünün müavini Fərəhan Həqq ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin bu iddiasına cavab olaraq deyib: Ərəbistana atılan raketlərin İran istehsalı olmasına dəlalət edəcək hansısa fakt yoxdur.

Teqlər