Dek 28, 2017 21:26 Asia/Baku
  • Kaliforniya Universiteti sionistlərin cinayətlərinin üstünü açıb
    Kaliforniya Universiteti sionistlərin cinayətlərinin üstünü açıb

Amerikanın Kaliforniya Universiteti bir hesabat yayaraq bildirib ki, sionist hərbçilər Fələstinlilərə qarşı zəhərli qazlardan geniş miqyasda istifadə edirlər.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Kaliforniya Universiteti sionist rejim hərbçiləri tərəfindən İordan çayının qərb sahilində yerləşən Əl-Aidiyyə düşərgəsində fələstinlilərə qarşı geniş miqyasda gözyaşardıcı qazdan istifadə etmələri barədə hesabat yayıb. 

Hesabat belə adlanır: " İsrail hərbçiləri tərəfindən gözyaşardıcı qazdan ifrat istifadə". 

Hesabatda Əl-Aidə düşərgəsində yaşayan fələstinlilərin məruz qaldıqları əzab-əziyyətlərin bir güşəsi öz əksini tapır. 

Hesabatda sionist hərbçilərin uşaqlara Əl-Aidiyyə küçələrində zəhərli qazlarla hücum səhnələri də öz əksini tapıb. 

Əl-Aidiyyə düşərgəsində 6 mindən çox fələstinli 1 kvadrat kilometr sahədə yaşayır. Həmin düşərgə dünyada ən izdihamlı yaşayış məntəqəsi adını alıb. 

Hesabatda deyilir ki, bu düşərgədə təhlükəsiz yer yoxdu və gözyaşardıcı qazdan istifadəyə dərhal son qoyulmalıdır. 

 

Teqlər