Maduro Venesuelada sülh və siyasi sabitlik yaratmağa çalışır
https://azeri.sahartv.ir/news/dünya-i290907-maduro_venesuelada_sülh_və_siyasi_sabitlik_yaratmağa_çalışır
Venesuela prezidenti öz dövlətinin ən mühüm addımları və səyini sülh və siyasi sabitlik yaratmaq adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2018 14:21 Asia/Baku
  • Maduro Venesuelada sülh və siyasi sabitlik yaratmağa çalışır
    Maduro Venesuelada sülh və siyasi sabitlik yaratmağa çalışır

Venesuela prezidenti öz dövlətinin ən mühüm addımları və səyini sülh və siyasi sabitlik yaratmaq adlandırıb.

Venesuela prezidenti Nikolas Maduro bu ölkədə yeni milad ilinin başlanması münasibətilə verdiyi müraciətdə deyib ki, sülh və siyasi sabitlik ədalət və sosial bərabərliklə yanaşı, dövlətin 2017-ci ildə əldə etdiyi mühüm nailiyyətlərdəndir.

Nikolas Maduro əlavə edib: Venesuela xalqı 2017-ci ildə iqtisadi sanksiyalar, beynəlxalq hücumlar, daxili silahlı zorakılıqlar və zərərlərə dözərək, onları arxada qoyubdur.

Venesuela prezidentinin sözlərinə görə, bütün daxili və beynəlxalq gərginliklərə rəğmən, dövlət məclisi müəssisan seçkilərini uğurla keçiribdir.

Nikolas Maduro həmçinin deyib: Qələbələr dövlət və xalqın həmkarlığı və çalışqanlığının nəticəsidir.

Venesuelada qərbpərəst müxaliflər 2017-ci ildə Maduronun kənarlaşdırılması məqsədilə geniş etirazlar keçiriblər.

Müxaliflərin təxribatçı hərəkətlərinə rəğmən, Venesuela dövləti milli barışıq və ixtilafların azaldılması məqsədilə müzakirələr keçiribdir.

Venesuela prezidenti həmçinin əsas qanunda dəyişikliklər yaratmaq hədəfilə məclisi müəssisan seçkilərini keçiribdir ki, müxaliflərin sabotajlarına rəğmən, əhalinin əksər hissəsi onda iştirak edibdir.