Sionist məsul şəxs: Həmas gələcək döyüşdə bizim daxili cəbhəmizi iflic edəcək
-
Sionist məsul şəxs: Həmas gələcək döyüşdə bizim daxili cəbhəmizi iflic edəcək
Sionist rejimin mənzil naziri Yoav Qalant deyib ki, Həmas-ın şəhid İzzəddin Qəssam batalyonlarının raketlərinin hədəfəalma diqqəti sionist rejimin daxili cəbhəsini iflic edəcəkdir.
Sionist rejimin ikinci telekanalı bu xəbəri verərək, Qəzzə zolağı ilə mübarizə tərzi barədə sionist rejimin nazirlər kabinetinin daxilində kəskin ixtilafların olduğunu ifşa edibdir.
Bu mənbə əlavə edib ki, sionist rejimin nazirlər kabinetinin bəzi nazirləri Qəzzə zolağının iqtisadi böhranının yeni toqquşma ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.
Fələstin müqavimətinin müdafiə və raket qüdrəti Qəzzə zolağının hərtərəfli mühasirəsinə rəğmən, günbəgün artmaqdadır.
Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən qurudan, havadan və dənizdən mühasirəyə alınıb.
Sionist rejim hətta ərzaq, dərman, yanacaq və tikinti materialları kimi əsas malların Qəzzəyə daxil olmasının qarşısını alır. Bununla belə, Qüdsü işğal etmiş rejim indiyədək bu məntəqənin qəhrəman əhalsinin müqavimətini qıra bilməyibdir.