2017-ci ildə 65 jurnalist həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i290997-2017_ci_ildə_65_jurnalist_həlak_olub
2017-ci ildə dünyada 65 jurnalist toqquşmalar və müharibələr barədə reallıqları xalqların diqqətinə çatırarkən həlak olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2018 07:56 Asia/Baku
  • 2017-ci ildə 65 jurnalist həlak olub
    2017-ci ildə 65 jurnalist həlak olub

2017-ci ildə dünyada 65 jurnalist toqquşmalar və müharibələr barədə reallıqları xalqların diqqətinə çatırarkən həlak olublar.

Əl-Qüdsül-Ərəbi qəzeti bir reportajda yazır: Jurnalistlərin həbsi sahəsində isə ərəb ölkələrində Misir birinci yeri tutur , Suriya və Yəmən isə jurnalistlərin fəaliyyəti üçün ən təhlükəli ölkələr sırasındadır. 

Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında deyilir: 2017-ci ildə həlak olan peşəkar jurnalistlərin sayı ötən bir neçə ildəki ilə müqayisədə azalıb və bunun səbəbi jurnalistlərin əlavə dəstəyə malik olması və təhlükəli ölkələrdən müxbirlərin çıxarılması ilə əlaqədardır. 

2016-cı ildə Suriya müxbirlər üçün dünyanın ən təhlükəli ölkəsi idi və həmən ildə bu ölkədə 12 jurnalist həlak oldu.