Yan 04, 2018 13:03 Asia/Baku
  • Trampın müavini İranda iğtişaşçıları yenidən dəstəkləyib

İranın daxili məsələlərində müdaxilə etməklə bağlı əsaslı rolu olan ABŞ prezidentinin müavini İranda iğtişaşçıları yenidən dəstəkləyib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Mayk Pens Twitter səhifəsində yazıb: İranda iğtişaşçılar ABŞ-ın Demokrat və Respublikaçılar partiyalarının dəstəyinə malikdirlər. 

ABŞ prezidentinin müavini bazar ertəsi günü də bildirmişdi ki, o və Donald Tramp İranda iğtişaşçıları tam şəkildə dəstəkləyəcəklər. 

ABŞ 241 illik tarixində dəfələrlə İranın daxili məsələlərinə müdaxilələr etmiş və çoxlu cinayətlər törətmişdir. Vaşinqton 1953-cü ildə Məhəmməd Müsəddiq hökuməti əleyhinə çevrilişi dəstəkləməkdən əlavə, İraqın İran əleyhinə elan olunmamış müharibəsi dövründə İraqın sabiq diktatoru Səddamı birbaşa dəstəkləyərək Bəs rejiminin İran xalqına qarşı cinayətlərində şərik olmuşdur. 

1988-ci ildə Fars körfəzində USS Vinsens gəmisi tərəfindən İran İslam Respublikasının sərnişin təyyarəsinə doğru iki raketin atılması da amerikalıların İran xalqına qarşı inkaredilməz cinayətlərinəbir nümunədir. Bu cinayətdə 290 sərnişin və təyyarənin ekipaj heyəti şəhid oldu. 

Teqlər