ABŞ-ın İrana qarşı yeni sanksiyaları
https://azeri.sahartv.ir/news/dünya-i291287-abŞ_ın_İrana_qarşı_yeni_sanksiyaları
ABŞ İrana qarşı düşmənçiliklərinin davamında cümə axşamı İranın 5 sənaye qrupuna qarşı sanksiyalar tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2018 07:10 Asia/Baku
  • ABŞ-ın İrana qarşı yeni sanksiyaları

ABŞ İrana qarşı düşmənçiliklərinin davamında cümə axşamı İranın 5 sənaye qrupuna qarşı sanksiyalar tətbiq edib.

Fransa xəbər agentliyinin Vaşinqtondan verdiyi məlumata görə, ABŞ hökuməti cümə axşamı İrana qarşı  yeni sanksiyalar tətbiq edib. Belə ki, İran İslam Respublikasının 5 sənaye qrupu ballistik raket proqramında iştirakda ittiham edilərək, beynəlxalq maliyyə sistemindən kənarlaşdırılıb. 

"Şəhid Bakeri" sənaye qrupunun filialları olan bu 5 sənaye şirkəti bundan öncə də ABŞ-ın sanksiyalar siyahısına daxil edilmişdilər.