Yan 07, 2018 09:47 Asia/Baku
  • BMT Yəmən sülh müzakirələri məsələsini araşdırır
    BMT Yəmən sülh müzakirələri məsələsini araşdırır

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Muin Şərim Yəmən müharibəsinin tərəfləri arasında sülh müzakirələri ilə bağlı səylər çərçivəsində Yəmənin paytaxtı Sənaya daxil olub.

İRİB-nin verdiyi məlumata görə, Muin Şərim bitərəf bir ölkədə BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədin nəzarəti altında sülh müzakirələrinin həyata keçirilməsinə şərait yaratmaq məqsədi ilə Yəmənin Ənsarullah hərəkatının başçıları ilə danışıqlar aparmalıdır. 

Muin Şərim Ənsarullah başçıları ilə müzakirələrinin detallarına aydınlıq gətirməyib. 

Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti də Muin Şərimin Sənaya daxil olmasından öncə verdiyi açıqlamada deyib: BMT-nin Yəmən böhranı ilə bağlı baxışına düzəliş etmədiyi zamana kimi, Yəməndə sülhün bərqərar edilməsi üzrə bütün səylər faydasızdır. 

Teqlər