Trampın kürəkəni ilə sionist rejim arasında maliyyə düzəlişmələri
-
Trampın kürəkəni ilə sionist rejim arasında maliyyə düzəlişmələri
Nyu-York Tayms qəzeti Trampın kürəkəni ilə sionist rejim şirkətləri arasında maliyyə əlaqələrin olmasının üstünü açıb.
Nyu-York Tayms qəzetinin informasiya portalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın işğal olunmuş Fələstin ərazilərinə səfəri ərəfəsində onun kürəkəni Cared Kuşnerin ailəvi şirkəti Menora Mivtakim adlı sionist şirkətlə 30 milyon dollar dəyərində müqavilə imzalayıb.
Nyu-York Tayms bu müqaviləni Trampın kürəkəni ilə onun israilli ortaqları arasında ən son müqavilə adlandırıb.
Qəzet bildirib ki, Trampın ailəsinin israillilər ilə bu kimi maliyyə münasibələri, xüsusilə Trampın ötən ay Qüds barədəki qərarını nəzərə alaraq Amerikanın sülh müzakirələrində vasitəçilik imkanlarını daha da zəiflədir.
Tramp dekabrın 6-da Qüdsü İsrail rejiminin paytaxtı tanıyaraq Amerika səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi barədə təlimat verdi.