BMT bütün tərəflərin nüvə anlaşmasına dəstək vermələrini vurğulayıb
-
BMT bütün tərəflərin nüvə anlaşmasına dəstək vermələrini vurğulayıb
Birləşmiş Millətlər Təşkilatı baş katibinin sözçüsü bu təşkilatın baş katibinin nüvə anlaşması haqdakı mövqeyini olduqca aydın adlandırıb və bildirib ki, bütün tərələfr bu anlaşmanın davam etməsinə və ona dəstək olmağa kömək etməlidirlər.
Stefan Ducarik dünən öz mətbuat konfransında nüvə anlaşmasının pozulmasının xətərləri barədə xəbərdarlıq edib. O, deyib: Birləşmiş Millətlər Təşkilatı baş katibibin nöqteyi-nəzərincə, nüvə anlaşması ötən illərin ən mühüm diplomatik nailiyyətlərindən biridir və bu anlaşma ilə bağlı bütün tərəflər anlaşmanın davam etməsinə və ona dəstək olmağa kömək etmək üçün əllərindən gələni etməlidirlər.
Birləşmiş Millətlər Təşkilatı baş katibinin sözçüsü sonra deyib: Nüvə anlaşması beynəlxalq bir anlaşmadır ki, onu birtərəfli şəkildə kənara qoymaq olmaz.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən MAQATE-nin baş direktoru Yukia Amano ilə telefon söhbətində ABŞ dövləti tərəfindən nüvə anlaşması öhdəliklərinin ehtimal üzrə pozulmasının və bu anlaşma ilə bağlı sədaqətsizliyin nəticələri haqda xəbərdarlıq etmişdi.