Ağ ev Trampın təhqiramiz bəyanatını müdafi edib
ABŞ prezidentinin Afrika ölkələri, Haiti və Elsalvador ölkələrinə qarşı utanc gətirən təhqiramiz ifadələrinin geniş tənqidlərə səbəb olduğu şəraitdə Ağ ev bu bəyanatı müdafiə edib.
Qərb mediyalarının bildirdiklərinə görə, Ağ ev ABŞ prezidenti Donald Trampın sözü gedən bəyanatını təkzib etmədən bildirib ki, Vaşinqtonda bəzi siyasətçilər əcnəbi ölkələrin mənafelərini müdafiə edirlər amma Tramp həmişə Amerika xalqı uğrunda döyüşür.
Tramp cümə axşamı Ağ evdə konqres nümayəndələri ilə miqrasiya mövzusu barədə görüşündə bəzi Afrika ölkələrini, Haiti və Elsalvadoru mürdarxana adlandırıb və bu ölkələrdən miqrantların qəbul edilməsinin dayandırılmasını istəyib.
ABŞ konqresində demokratlar deyiblər ki, Trampın bu açıqlaması onun irqçi olduğunu açıq-aşkar nümayiş etdirir.
Afrika Birliyi Trampın bu bəyanatını pisləyib.
54 Afrika ölkəsinin BMT-dəki səfirləri ABŞ prezidentinin təhqiramiz bəyanatını pisləyiblər.
Haiti və bir neçə başqa ölkələr ABŞ səfirini Xarici İşlər Nazirliklərinə çağırtdırıblar.